19/02/2020
16:57
2827
| A A A
Çempionlar Liqasında ilk mükafatçılar bilindi

Çempionlar Liqasında 1/8 finalın ilk oyunları çərçivəsində keçirilən Atletico – Liverpool və Borussia Dortmund – PSG matçlarının ən yaxşı oyunçuları məlum olub.

Goal.az xəbər verir ki, Atletico-nun Liverpool-u 1:0 hesabıyla məğlub etdiyi görüşün ən yaxşısı Renan Lodi olub. 21 yaşlı braziliyalı müdafiəçi Liverpool-dan Məhəmməd Salaha qarşı çıxış edib və 90 dəqiqə uğurla müdafiə olunub.

Dortmund Borussia-sının PSG-ni məğlub etdiyi görüşün (2:1) ən yaxşısı ev sahibinin hücumçusu Erlinq Holand olub. Norveçli futbolçu 8 dəqiqə ərzində 2 qol vuraraq, komandasına qələbə qazandırıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin matçlarının ən yaxşıları üçün mükafat təsis edib.