26/02/2020
13:41
5103
| A A A
Barcelona Napoli ilə cavab oyununa ciddi itkilərlə çıxacaq

Barcelona Çempionlar Liqasının 1/8 finalının Napoli ilə cavab matçına ciddi itkilərlə çıxacaq.

Goal.az xəbər verir ki, komandanın aparıcı üzvləri Serxio Buskets və Arturo Vidal bu vacib matçı buraxacaq. Hər iki yarımmüdafiəçi cəzalı durumdadır. Vidal ötən gecə keçirilən ilk görüşdə qırmızı vərəqə alıbsa, Buskets sarı vərəqə limitini doldurub.

Qeyd edək ki, komandalar arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb. Cavab matçı isə martın 17-də keçiriləcək.