Messi Rayan Qiqqzə çatdı
Barcelona Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda Napoli ilə qarşılaşıb.
Goal.az xəbər verir ki, 1:1 hesabıyla bitən qarşılaşma Kataloniya təmsilçisinin kapitanı Lionel Messi üçün əlamətdar olub. Belə ki, Mapoli ilə matç argentinalı futbolçunun ÇL-dəki 141-ci oyunu olub.
Messi Çempionlar Liqasında oyun sayına görə Manchester United-in keçmiş futbolçusu Rayan Qiqqzə çatıb. Hazırda Uels millisinin baş məşqçisi olan Qiqqz, futbolçu kimi ÇL-də 141 matça çıxıb.
Çempionlar Liqası tarixində ən çox oyuna çıxan isə Real-ın sabiq futbolçusu İker Kasilyasdır – 177 oyun.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR