30/06/2020
15:58
626
| A A A
UEFA-nın Çempionlar Liqası üçün alternativ planı tükənib

UEFA-nın Portuqaliyadakı "8-lər finalı" istisna olmaqla, Çempionlar Liqasında cari mövsümü başa vurmaq üçün alternativ planı yoxdur.

Goal.az xəbər verir ki, bu barədə "L Equipe" nəşrinə adı açıqlanmayan UEFA nümayəndəsi məlumat verib. O bildirib ki, Avropa futbol qurumu Portuqaliya Futbol Federasiyası və yerli hakimiyyət orqanları ilə daimi təmasdadır.

UEFA rəsmisi hər şeyin yaxşı olacağına ümid etdiklərini sözlərinə əlavə edib: "Ümid edirəm ki, Portuqaliyada turnir təşkil edə biləcəyik. Hazırda B planı yaratmağa səbəb yoxdur. Vəziyyəti hər gün izləyirik, lazım gələrsə, uyğunlaşa bilərik".

Qeyd edək ki, UEFA iyunun 17-də Çempionlar Liqasının 1/4 final mərhələsindən etibarən bütün qarşılaşmaların 12 - 23 avqustda Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcəyini açıqlayıb. (report)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
7298 səs