13/07/2020
13:49
2328
| A A A
Manchester City ilə bağlı qərar verildi - RƏSMİ

Manchester City-nin növbəti iki mövsüm ərzində Çempionlar Liqasından kənarlaşdırılması qərarı ləğv olunub.

Goal.az xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) bugünkü iclasında klubun müraciətini təmin edib. Eyni zamanda, UEFA-nın qərarı ilə klubun 30 milyon avroluq cəriməsi 10 milyon avroya endirilib. Bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, Manchester City feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən 2 illik avrokuboklardan uzaqlaşdırılmış və 30 milyon avro məbləğində cərimələnmişdi.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13074 səs