13/08/2020
18:25
3430
| A A A
Neymar Çempionlar Liqasının tarixinə keçdi

PSG Çempionlar Liqasının 1/4 final mərhələsində Atalanta-nı məğlub edərək, yarımfinala yüksəlib.

Goal.az xəbər verir ki, 2:1 hesabıyla bitən görüşdə Paris təmsilçisinin futbolçusu Neymar yeni rekorda imza atıb.

Neymar, Çempionlar Liqasında bir oyunda ən çox uğurlu driblinq edən futbolçu olub. Braziliyalı hücumçu Atalanta-yla matçda 16 uğurlu driblinq edib.

Bundan əvvəlki rekord Barcelona-nın futbolçusu Lionel Messi və Napoli-nin yarımmüdafiəçisi Lorenso İnsinyeyə aid idi. Hər iki futbolçu ÇL-də bir oyunda 11 uğurlu driblinq etmişdi.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24504 səs