14/08/2020
17:28
1497
| A A A
Naqelsmann Çempionlar Liqasının tarixinə keçdi

Leipzig-in çalışdırıcısı Yulian Naqelsmann komandası Çempionlar Liqasının yarımfinalına çıxan ən gənc baş məşqçi olub.

Goal.az xəbər verir ki, onun rekordu ötən gecə ÇL-nın 1/4 finalında Atletico-ya qalib gələrək (2:1) yarımfinala yüksəldikləri oyunda qeydə alınıb.

Almaniyalı məşqçi 33 yaş 21 günlüyündə buna nail olub. Buna qədər isə sözügedən rekord Didye Deşama məxsus idi. Hazırda Fransa millisini çalışdıran Deşam 2003-2004 mövsümündə Monaco-nu yarımfinala çıxaranda 35 yaşında olub.

Qeyd edək ki, Leipzig yarımfinalda PSG ilə qərşılaşacaq. Görüş avqustun 18-də keçiriləcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19126 səs