UEFA PSG-ni cəzalandırdı
UEFA Fransa çempionu PSG-ni cəzalandırıb.
Goal.az xəbər verir ki, qitə futbol qurumu Paris təmsilçisini Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində qarşılaşdıqları Atalanta ilə oyunda meydana gec çıxdıqları üçün 30 min avro cərimə edib.
Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. PSJ-nin baş məşqçisi Tomas Tuxelə də bu məsələ ilə əlaqədar xəbərdarlıq elan olunub.
Xatırladaq ki, PSG Atalanta-ya 2:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR