15/08/2020
13:58
2531
| A A A
Çempionlar Liqası tarixində ilk

Tarixdə ilk dəfə olaraq üç alman məşqçinin rəhbərlik etdiyi komandalar Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.

Goal.az xəbər verir ki, Hans-Diter Flinkin rəhbərlik etdiyi "Bayern Münich" "Barcelona"ya 8:2 hesabı ilə qalib gələrək ÇL-in yarımfinalına yüksəlib.

Bu mövsüm daha öncə bu uğura Tomas Tuhell (PSG) və Yulian Naqelsmann da ("Leipzig") nail olmuşdu.

Qeyd edək ki, ÇL-də yarımfinala son vəsiqə uğrunda ispaniyalı Xosep Qvardiolanın rəhbərlik etdiyi "Manchester City" ilə fransız Rudi Qarsiyanın rəhbərlik etdiyi "Lyon" mübarizə aparacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24504 səs