16/09/2020
10:00
1201
| A A A
Bu gün Qarabağ növbəti ÇL matçını keçirəcək

Azərbaycan çempionu Qarabağ bu gün UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.

Goal.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı Ağdam təmsilçisi III təsnifat mərhələsində Molde ilə qarşılaşacaq.

Norveç çempionu ilə qarşılaşma Kiprdə baş tutacaq. Tək oyundan ibarət mərhələnin dueli azarkeşsiz keçiriləcək.

Bu cütün qalibi pley-offda Ferentsvaros (Macarıstan) – Dinamo (Xorvatiya) matçında qələbə qazanan komanda ilə üz-üzə gələcək. Məğlub komanda isə yoluna Avropa Liqasının pley-offunda davam edəcək.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

21:00. Qarabağ - Molde

Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)

Kipr, Larnaka. “AEK Arena”.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19368 səs