24/09/2020
13:27
3639
| A A A
Çempionlar Liqasının qalibi turnirdən kənarlaşdırıldı

Səudiyyə Ərəbistanının Al-Hilal komandası Asiya Çempionlar Liqasından kənarlaşdırılıb.

Goal.az xəbər verir ki, qərar Birləşmiş Ərəb Əmirliklərinin Al-Ahli komandası ilə qarşılaşmanın baş tutmamasından sonra verilib. Çünki Riyad təmsilçisi start heyətə 9 oyunçu və ehtiyata 2 qapıçı daxil edib. Qaydalara görə, matçın iştirak ərizəsində ən azı 13 futbolçu olmalıdır.

Asiya Çempionlar Liqasının hazırkı qalibində futbolçuların çoxu koronavirusa yoluxub. Hazırda 27 futbolçu və məşqçi karantindədir.

Al-Hilal və Səudiyyə Ərəbistanı Futbol Federasiyası matçın təxirə salınmasını xahiş edib. Lakin Asiya Futbol Konfederasiyası bunun turnir cədvəlinə mənfi təsir göstərəcəyini əsas gətirərək istisnaların olmayacağını bildirib.

Beləliklə, Çempionlar Liqasının 1/8 finalına Özbəkistanın Pakhtakor və Birləşmiş Ərəb Əmirliklərinin Al-Ahli komandaları yüksəlib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9848 səs