29/10/2020
12:48
1265
| A A A
Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizədlər bilindi

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Goal.az xəbər verir ki, bu ada Atalanta-dan Duvan Zapata, Manchester United-dən Markus Reşford, PSG-dən Moyze Kin və Atletico Madrid-in Joao Feliks iddia edir.

Reşford qrup mərhələsinin ikinci turunda Leipzig-ə 5:0 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Moyze Kin İstanbulda Başakşehir-i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmada dubla imza atıb. Feliks Salzburg-u 3:2 üstələdikləri matçda iki qol vurub, Zapata isə Ajax-la oyunda dubl edib.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçiriləcək səsvermədən sonra bəlli olacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21515 səs