29/10/2020
14:57
1255
| A A A
Holand ÇL-da rekorda imza atdı

Borussia Dortmund-un futbolçusu Erlinq Holand Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Goal.az xəbər verir ki, o, buna turnirin qrup mərhələsinin 2-ci turunda Zenit-lə matçda (2:0) fərqlənərək buna nail olub. Bununla da, norveçli hücumçu ÇL-dəki 10-cu oyununda 12-ci qolunu vurub. Bu, turnirin tarixində mütləq rekorddur. Heç bir futbolçu Çempionlar Liqasındakı ilk 10 oyunda belə məhsuldar olmayıb.

Qeyd edək ki, bundan əvvəlki rekord Simone İnzaqi, Harri Keyn və Sadio Maneyə məxsus idi. Onlar 10 matçda 9 qol vurmuşdular.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21641 səs