29/10/2020
18:45
1405
| A A A
Reşford rekorda imza atdı

Manchester United-in futbolçusu Markus Reşford Çempionar Liqasında yeni rekord müəyyənləşdirib.

Goal.az xəbər verir ki, 22 yaşlı hücumçu buna Leipzig-lə matçda (5:0) nail olub. Görüşün 63-cu dəqiqəsində meydana daxil olan oyunçu 74, 78 və 90+2-ci dəqiqələrdə rəqibin qapısına yol tapıb. Bununla da o, turnirdə ehtiyatdan meydana daxil olduqdan sonra ən tez het-trik etməyi bacaran futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, Reşford 2016-cı ildən “qırmızı şeytanlar”da oynayır. O, həmin ildən İngiltərə millisinin də üzvüdür.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21641 səs