ÇL-da daha iki oyun hakim təyinatları açıqlandı
UEFA Çempionlar Liqasında bu həftə keçiriləcək daha iki oyuna hakim təyinatlarını açıqlayıb.
Goal.az xəbər verir ki, Atalanta - Real Madrid matçının baş hakimi Almaniya Futbol Federasiyasından Tobias Ştiler olacaq. Ona həmyerliləri Kristian Qittelmann və Eduard Baytinqer kömək edəcək. Dördüncü hakim funksiyasını Sandro Şerer (İsveçrə) yerinə yetirəcək.
Borussia Monchengladbach - Manchester City görüşü isə Portuqaliya Futbol Federasiyasından Artur Diaşa həvalə olunub. Köməkçi hakimlər Ruy Tavareş və Brunu Rodriqeş, dördüncü hakim Uqu Miqel olacaq.
Qeyd edək ki, fevralın 24-ü keçiriləcək hər iki qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR