25/02/2021
13:26
3934
| A A A
Real Madrid-dən rekord göstərici

Real Madrid UEFA Çempionlar Liqasının (ÇL) 1/8 finalında İtaliyanın Atalanta komandasına qarşı keçirdiyi oyunla bu turnirin tarixinə düşüb.

Goal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Madrid klubu 1992-ci ildən etibarən yeni formatda keçirilən ÇL-də 100-cü oyununa çıxıb. Real o vaxtdan Çempionların Liqasının 25 mövsümündə iştirak edib. Komanda həmin dövrdən bəri hər mövsümdə qrup mərhələsinə yüksəlib.

Real həmçinin yeganə klubdur ki, pley-off matçlarında 50 qələbə qazanıb.

Qeyd edək ki, Real Atalanta-ya 1:0 hesabıyla qalib gəlib.

UEFA Çempionlar Liqası əvvəlki formatda Avropa Çempionları Kuboku adlanırdı.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13774 səs