04/04/2021
15:59
3001
| A A A
Real Madrid - Liverpool oyunun hakimləri bilindi

Çempionlar Liqasının 1/4 finalında keçiriləcək Real Madrid - Liverpool matçına hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Oyunu almaniyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Feliks Brix olacaq. Ona yan xətt hakimləri kimi Mark Borş və Stefan Lupp kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tobias Stayler yerinə yetirəcək.

Qeyd edək ki, aprelin 6-da keçiriləcək Real Madrid - Liverpool oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13522 səs