07/04/2021
14:41
1349
| A A A
Benzema Roberto Karlosu keçdi

Çempionlar Liqasının 1/4 finalında Liverpool-la ilk oyun Real Madrid-in futbolçusu Serxio Ramos üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, 33 yaşlı hücumçu matçda iştirak etməklə Madrid təmsilçisinin heyətində bu turnirdə 108-ci görüşünü keçirib. Belə nəticə ilə o, Roberto Karlosu geridə qoyub və "kral klubu"nun Çempionlar Liqasında ən çox oyun keçirən 4-cü futbolçusu olub. Bu göstəricidə lider İker Kasilyasdır (150 oyun). Raul Qonzales ikinci (130), Serxio Ramos isə üçüncüdür (128).

Qeyd edək ki, Real Liverpool qarşılaşması ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13772 səs