07/04/2021
16:50
1438
| A A A
Modriç tarixə keçdi

Çempionlar Liqasının 1/4 finalında Liverpool-la keçirilən matç (3:1) Real Madrid-in futbolçusu Luka Modriç üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, xorvatiyalı oyunçu sözügedən matçda 1 qolun ötürməsini verib. Bununla da 35 yaş 209 günlüyündə olan yarımmüdafiəçi turnirin ardıcıl 3 pley-off görüşündə qol ötürməsi verməyi bacarıb. Beləliklə o, son 10 ildə bunu edə bilən ən yaşlı oyunçu olub.

10 il əvvəl isə - 2011-ci ildə belə nəticəni Rayan Giqqz 37 yaşında göstərmişdi.

Qeyd edək ki, Modriç bu mövsüm bütün turnirlərdə 38 matça çıxaraq, 4 qol vurub və 6 qolun ötürməsini verib.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13782 səs