08/04/2021
15:25
1409
| A A A
Mbappedən növbəti rekord

UEFA Çempionlar Liqasının 1/4 finalının birinci matçında Bayern Münich PSG-ni qəbul edib.

Goal.az xəbər verir ki, görüş Münhendə keçirilib və qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində Kilian Mbappe dubl edib, digər qolu isə Markinyos vurub. Bayern-in heyətində Erik Şupo-Motinq və Tomas Müller fərqlənib.

UEFA-nın tvitterdəki səhifəsində bildirildiyi kimi, “parislilər”in hücumçusu Kilian Mbappe bu matçda Çempionlar Liqasının rekorduna imza atıb. Fransalı futbolçu tarixdə bir mövsüm çərçivəsində Çempionlar Liqasının 1/8 finalının səfər matçlarında və 1/4 finalında 5 qol vuran ilk oyunçu olub.

Qeyd edək ki, bu, Mbappenin növbəti uğurudur. Daha əvvəl o, Fransa çempionatında özünün 100-cü qolunu vurub və bu, göstəriciyə nail olan ən gənc futbolçu olub.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13778 səs