24/11/2021
16:25
1805
| A A A
Ronaldodan növbəti rekord

Manchester United-in futbolçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, 36 yaşlı hücumçu buna İspaniyada Villarreal-a 2:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin V tur oyununda müvəffəq olub.

78-ci dəqiqədə hesabı açan təcrübəli forvard əsas klub yarışlarından birində son 15 dəqiqədə üçüncü dəfə qələbə qolunu vurub. Bu, əlavə vaxtda bitən oyunlar istisna olmaqla, qitənin bir nömrəli klub turnirində rekorddur.

Qeyd edək ki, Manchester United 5 oyundan sonra F qrupunda 10 xalla liderdir. "Qırmızı şeytanlar" sona bir tur qalmış pley-offa vəsiqəni təmin edib.