25/11/2021
14:27
1046
| A A A
Roysdan rekord göstərici

Borussia Dortmund-un futbolçusu Marko Roys yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, o, buna Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda Sporting-lə matçda (1:3) iştirak etməklə nail olub. Bu görüş Roysun ÇL-dəki 55-ci qarşılaşması olub. Bununla da alman yarımmüdafiəçi Dortmund klubunun ÇL-də ən çox oyun keçirən futbolçuları siyahısında ilk pilləyə yüksəlib.

Qeyd edək ki, bundan əvvə rekordun sahibi Luşak Pişek Borussia-nın heyətində ÇL-də 54 oyun keçirmişdi.