25/11/2021
15:44
1131
| A A A
Sterlinq Lemparda çatdı

Manchester City-nin futbolçusu Rəhim Sterlinq Çempionlar Liqasında növbəti qolunu vurub.

Goal.az xəbər verir ki. o, qrup mərhələsinin 5-ci turunda PSG ilə matçda fərqlənib.Bu, onun turnirdə 23-cü qolu olub.

Beləliklə, Sterlinq qitənin ən nüfuzlu klub turnirində ən çox qol vuran ingiltərəlilər arasında 3-cü yerə şərik olub. O, Frenk Lemparda çatıb. Rəhim yalnız iki oyunçudan geri qalır. Bunlar Pol Skoulz (24 qol) və Ueyn Runidir (30 qol).

Qeyd edək ki, Manchester City PSG-yə 2:1 hesabı ilə qalib gəlib.