27/06/2022
14:37
907
| A A A
Lech Qarabağ-la oyunlar öncəsi problemlə üzləşib

Qarabağ-ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Lech problemlə üzləşib.

Goal.az xəbər verir ki, Poznan təmsilçisi bir müddətdir danışıqlar apardığı futbolçuların transferini rəsmiləşdirə bilmir.

İddiaya görə, əsas problem maliyyə ilə bağlıdır. Klubun təklifi qarşı tərəfi qane etmədiyindən keçid baş tutmur.

Lech daha əvvəl Portuqaliyanın Belenenses klubunun hücumameylli yarımmüdafiəçisi Afonsu Souza ilə anlaşsa da, oyunçu ilə müqavilə imzalamaq hələ də mümkün olmayıb. Polşa klubu portuqaliyalı futbolçuya 800 000 avro təklif edib. Yerli Vitoria (Gimarayns) isə Souza üçün Belenenses-ə 1,2 milyon avro verməyə hazır olduğunu bildirib.

Lech-in son olaraq Rosenborg-un mərkəz müdafiəçisi Pavel Vagiç üçün göndərdiyi təklif də rədd edilib.

Qeyd edək ki, Lech Qarabağ-la ilk oyununu iyulun 5-də Poznan şəhərindəki eyniadlı arenada keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. İyulun 12-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab qarşılaşması isə saat 20:00-da start götürəcək. (report)