04/07/2022
19:22
1151
| A A A
Qarabağ-a görə oyunlarının təxirə salınmasını istədilər, rədd cavabı aldılar

“Lex” klubu “Rakov”a qarşı keçirəcəkləri Polşa Super Kuboku uğrunda oyunun təxirə salınmasını istəyib.

Goal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Con van den Brom açıqlama verib.

56 yaşlı mütəxəssis “Qarabağ”a qarşı UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununa yaxşı hazırlaşmaq üçün bu addımı atdıqlarını söyləyib. Lakin niderlandlı baş məşqçi Polşa Futbol İttifaqının bu təklifi rədd etdiyini bildirib.

Xatırladaq ki, “Qarabağ” “Lex”lə ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə bir həftə sonra Bakıda keçirəcək. “Lex” – “Rakov” görüşü isə avqustun 9-da baş tutacaq.