30/07/2022
20:41
5490
| A A A
Qarabağ - Ferencvaros oyununun biletləri satışa çıxarılır

Qarabağ-ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ferencvaros-la ev oyununun biletləri sabahdan etibarən satışa çıxarılacaq.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmisaytı məlumat yayıb. Bildirilir ki, sözügedən matçın biletləri sabah - iyulun 31-i saat 11:00-dan satışa çıxarılacaq.

Biletlərin qiyməti müvafiq olaraq 5, 10, 20, 50 və 75 manat təşkil edir.