17/07/2017
14:57
3376
| A A A
"Jagiellonia"da daha bir itki

"Qəbələ"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi "Jagiellonia" klubu ciddi itkilərlə üzləşib. Goal.az  xəbər verir ki, Belostok təmsilçisi cavab oyununda 3 və ya 4 futbolçusunun xidmətindən istifadə edə bilməyəcək.

Bakıdakı oyunda zədəli olduqları üçün meydana çıxa bilməyən müdafiəçi Pyotr Tomasik, hücumçu Karol Sviderski və yarımmüdafiəçi Pjemıslav Frankovskiyə Yatsek Qoralski də qoşulub. 24 yaşlı yarımmüdafiəçi ilk oyunda zədələnib. Topuğu burxulan futbolçu 53-cü dəqiqədə əvəzlənməli olub. Onun cavab matçında oynaması sual altındadır. Qoralski ilk oyunda passivinə sarı vərəqə də yazdırmışdı. Tərəflər arasındakı ilə oyun 1:1 hesablı bərabərliklə başa çatıb. Cavab oyunu iyulun 20-də Belostokda keçiriləcək. 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66289 səs