16/05/2018
09:42
4451
| A A A
Avropa Liqasının qalibi müəyyənləşir

Bu gün Fransanın Lion şəhərində futbol üzrə Avropa Liqasının final matçı keçiriləcək.

Goal.az xəbər verir ki, qitənin ikinci ən nüfuzlu klub turnirinin qalibi Marseille - Atletico matçında müəyyənləşəcək. Oyunu Byörn Keypersin rəhbərlik etdiyi hollandiyalı hakimlər briqadası idarə edəcək.

Madrid təmsilçisi 2010 və 2012-ci illərdə turnirin qalibi olduqları halda, marsellilər 1999 və 2004-cü illərdə finalda uduzublar. 

Atletico tarixi ərzində ikinci dəfə Lionda final oyununa çıxacaq. 1986-cı ildə Kuboklar Kubokunun həlledici qarşılaşmasında Kiyev Dinamo'suna uduzan (0:3) ispanlar indiyə qədər 12 dəfə avrokuboklarda finalda iştirak ediblər və bunlardan 6-da qalib gəliblər. Madrid təmsilçisi 1962-ci ildə Kuboklar Kubokunda İtaliyanın “Fiorentina” komandasını (3:0), 2007-ci ildə isə İntertoto Kubokunda Rumıniya Gloria'sını (2:2, səfər qolu sayəsində) məğlub edib.

Stad-de-Lion stadionunda keçiriləcək final matçı saat 22:45-də start götürəcək.

Avropa Liqası, final

22:45. Marseille - Atletico Madrid

 

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
349 səs