11/07/2018
14:33
1358
| A A A
Keşlə-nin rəqibi iştirak ərizəsini açıqladı

Avropa Liqasında Azərbaycan təmsilçisi Keşlə-nin rəqibi olan Maltanın Balzan klubu I təsnifat mərhələsi üçün iştirak ərizəsini təqdim edib. Goal.az xəbər verir ki, serbiyalı baş məşqçi Marko Miçoviç 23 nəfərlik siyahıya 2 qapıçı, 10 müdafiəçi, 6 yarımmüdafiəçi və 5 hücumçu daxil edib. Onların sırasında ümumilikdə 12 legioner - 5 serbiyalı, 2 braziliyalı, eləcə də İngiltərə, Uruqvay, Kolumbiya, Makedoniya və Monteneqrodan olan 1 oyunçu yer alıb.

Qapıçılar: 1. Şon Mintoff, 83. Stiv Sultana;

Müdafiəçilər: 4. Castin Qrioli, 11. Stiv Betsina, 14. Harri Askroft (İngiltərə), 15. Maykl Conson, 16. Antonio Mitrev (Makedoniya), 18. Uroş Lyubomirats, 20. İvan Bozoviç (hər ikisi Serbiya), 21. Nil Frendo, 23. Elkin Serrano (Kolumbiya), 42. Rikardo Korrea (Uruqvay);

Yarımmüdafiəçilər: 6. Deyl Kamillyeri, 8. Nenad Sliviç (Serbiya), 9. Lekao (Braziliya), 30. Kadu (Braziliya), 88. Şon Çipriott, 99. Miloş Lepoviç (Serbiya);

Hücumçular: 7. Laydon Mikallef, 10. Siray Arab, 17. Alfred Effyonq, 50. Andriya Maydevaç (Serbiya), 86. Boyan Kalyeviç (Montenqero);

Keşlə Balzan-la ilk oyunu iyulun 12-də Maltanın Ta Qali şəhərindəki "Centenary" stadionunda keçirəcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Cavab görüşü isə iyulun 19-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq.