14/03/2019
15:46
1313
| A A A
Bakıdakı Avropa Liqası finalı üçün bilet satışının bitməsinə 8 gün qaldı

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu üçün bilet satışının bitməsinə 8 gün qalıb.

Goal.az xəbər verir ki, martın 21-dək davam edəcək müraciət mərhələsində hər kəs europaleague.tickets.uefa.com linkinə daxil olaraq şəxsi hesabını yaratmalıdır. Daha sonra bilet sifarişi üçün xüsusi formanı doldurmalı, biletin kateqoriyasını və sayını seçməlidir. Hər kəs özü də daxil olmaqla, yalnız 4 bilet ala bilər.

Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərində olacaq. Bundan əlavə, fiziki qüsurlu insanlar üçün nəzərdə tutulan biletlər dördüncü kateqoriyaya aid ediləcək və 30 avro dəyərində olacaq. Oyuna qədər onları müşayiət edən bir nəfər üçün bilet isə pulsuz veriləcək. Gənclər üçün paket də təqdim olunacaq və bunun qiyməti 60 avro olacaq. Bu paketə ikinci kateqoriyalı iki bilet – bir böyük (məsələn, valideyn) və bir 14 yaşdan kiçik yeniyetmə üçün dördüncü kateqoriya güzəştində olan bilet daxildir. 400 ədəd gənclər paketi (800 bilet) hər kəs üçün satışda olacaq.

Bilet satışı və qeydiyyat prosesi ilə bağlı əlavə sualı olan şəxslər, https://support.tickets-uelfinal.uefa.com/hc/az/requests/new linkinə daxil olaraq UEFA-nın müştəri xidmətlərinə Azərbaycan dilində yazıb müraciət edə bilər.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2984 səs