24/05/2019
11:49
17721
| A A A
Hazard: "Düzdür, yol bir az uzaqdır, amma..."

Chelsea-nin lideri Eden Hazard "RMC Sport"a açıqlamasında həm Avropa Liqasının final oyunu, həm də Real-a gözlənilən keçidi barədə danışıb.

Goal.az xəbər verir ki, ulduz futbolçu "kral klubu"na keçəcəyinə dair suala cavabında bütün diqqətini Avropa Liqasının finalında Arsenal-la keçiriləcək oyuna yönəltdiyini söyləyib: "Chelsea-də son oyunumdur? Mən bu barədə düşünmürəm. İndi yalnız Bakıdakı finalda kuboku qazanmağı düşünürəm. Önümüzdə finala hazırlaşmaq baxımından əhəmiyyətli həftə var. Oyundan sonra gələcəyim barədə düşünəcəm".

Belçika millisinin üzvü uzaq məsafə qət etmələrindən və Azərbaycanda final oynamalarından narahat deyil: "Düzdür, yol bir az uzaqdır. Amma görüşə Premyer Liqa oyunu kimi hazırlaşırıq. Hər iki klub üçün final böyük andır. Chelsea-də bu kuboku bir dəfə başım üzərinə qaldırmışam. Amma ikinci dəfə də qazanmaq istəyirəm. Oyuna heç vaxt olmadığı qədər köklənəcəyik və qalib gələcəyik. Azarkeşlər sanki Premyer Liqa matçı izləyəcəklər".

28 yaşlı vinger komandaların şanslarını da dəyərləndirib: "Bir-birinə hörmət edən, əla futbolçulara malik iki komanda üz-üzə gələcək. Arsenal-ın baş məşqçisinin Avropa Liqasını qazanmağa öyrəşdiyini bilirik. Ancaq finalda şanslar yarı-yarıya olacaq".

Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34017 səs