18/06/2019
17:49
4632
| A A A
Avropa Liqası: Neftçi və Səbail-in ilk rəqibləri müəyyənləşdi

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada təmsilçilərimiz NeftçiSəbail komandaları səpələnmişlər səbətində yer alıblar.

Püşk nəticəsində Neftçi klubu Moldovanın Speranta, Səbail isə Rumıniyanın Craiova komandası ilə qarşılaşacaq

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.

Turnirdəki digər təmsilçiimiz Qəbələ isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Ölkə kubokunun qalibinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları isə iyulun 25-də və avqustun 1-də olacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37586 səs