16/09/2019
14:32
2263
| A A A
Qarabağ - Sevilla matçına neçə bilet satıldı?

Qarabağ-ın UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda İspaniya Sevilla-sına qarşı keçirəcəyi oyunu üçün satılan biletlərin sayı müəyyənləşib.

Goal.az xəbər verir ki, klubun mətbuat katibi Nurlan İbrahimov "Report"a verdiyi açıqlamada, dünənə qədər 20 mindən çox bilet satıldığını qeyd edib. O, bildirib ki, satışa üçün 30 min bilet çıxarılıb. Matç üçün ən ucuz bilet 3 manatdır. Satışda 5, 15, 20, 50 manatlıq və VİP sektor üçün 100 manatlıq biletlər də var.

Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY" T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək qarşılaşma saat 20:55-də başlayacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36036 səs