Qarabağ Sevilla-ya uduzdu
Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçirilib.
Goal.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi Qarabağ da ilk oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv İspaniya Sevilla-sını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Ağdam klubu üçün uğursuz alınıb. İspanlar Bakıda 3 cavabsız qolla qalib gəliblər.
Avropa Liqası, qrup mərhələsi, 1-ci tur
A qrupu
Qarabağ (Azərbaycan) – Sevilla (İspaniya) 0:3
Qol: Çiçarito, 62. Munir Əl-Haddadi, 78. Oliver Torres, 85.
Baş hakim: Yevgen Aranovski (Ukrayna)
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR