21/09/2019
12:06
1725
| A A A
UEFA Qarabağ-ı cərimələdi

UEFA növbəti dəfə "Qarabağ" klubunu cərimələyib. Goal.az xəbər verir ki, buna səbəb Ağdam təmsilçisinin avqustun 13-ü Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində Kipr APOEL-inə 0:2 hesabı ilə uduzduğu görüşdə baş verənlərdi.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş qarşılaşmada azarkeşlər meydana kənar əşyalar atdığı üçün "Qarabağ"a 4 min 375 avro (8 min 225 manat) cərimə kəsilib.

Qeyd edək ki, ÇL-in III təsnifat mərhələsində Kipr APOEL-ini (2:1, 0:2) keçə bilməyən "Qarabağ" çıxışını Avropa Liqasında davam etdirir. Azərbaycan çempionu turnirin qrup mərhələsinin ilk matçında evdə İspaniya "Sevilya"sına məğlub olub - 0:3.

UEFA daha öncə "Qarabağ"ı İrlandiya Dandolk"unu məğlub etdiyi (3:0) Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa görə də cərimələyib. (report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36032 səs