01/04/2020
11:06
1119
| A A A
UEFA İstanbul təmsilçisini cərimələdi

UEFA Türkiyənin "Başakşehir" klubunu 1500 avro cərimələyib.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisinin azarkeşlərinin Avropa Liqasının 1/8 final mərhələsinin "Kopenhagen"lə ilk oyununda fişəng yandırmaları buna səbəb olub. Cərimə qərar kluba daxil olduqdan 90 gün ərzində ödənməlidir.

Qeyd edək ki, martın 12-də Türkiyədə keçirilmiş matç "Başakşehir"in qələbəsi ilə yekunlaşıb. Cavab görüşünün koronavirus pandemiyası ilə əlaqədar nə vaxt keçiriləcəyi məlum deyil.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5449 səs