10/07/2020
10:47
1202
| A A A
UEFA avrokuboklarla bağlı yekun qərarını açıqladı

UEFA avrokubokların 1/8 final mərhələsinin cavab oyunları ilə bağlı yekun qərarını açıqlayıb.

Goal.az xəbər verir ki, yalnız Avropa Liqasının 1/8 finalının təxirə salınan “İnter” – “Getafe” və “Sevilla” – “Roma” cütünün qalibi Almaniyada bir oyunla müəyyənləşdiriləcək. Çünki bu komandaların ilk oyunu da baş tutmayıb.

Qeyd edək ki, UEFA daha əvvəl koronavirus pandemiyasına görə Çempionlar Liqasının oyunlarının 1/4 final mərhələsindən “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda keçirilməsinə qərar vermişdi.

Qərarda o da bildirilir ki, qalan bütün qarşılaşmalar azarkeşsiz oynanılacaq. Mövsümün geridə qalan hissəsində olduğu kimi, bundan sonrakı qarşılaşmalarda da VAR sistemindən istifadə olunacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13070 səs