25/09/2020
10:00
2321
| A A A
Qarabağ-ın rəqibi müəyyənləşdi

Qarabağ-ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.

Goal.az xəbər verir ki, bu, Polşa Legia-sıdır. Varşava təmsilçisi III təsnifat mərhələsində Kosovo Drita-sını üstələyib - 2:0. Hər iki qol ilk yarıda vurulub. Pavel Vşolek 24-cü, Tomaş Pekhart isə 43-cü dəqiqədə fərqlənib. Voyska Polskoqo stadionunda təşkil olunmuş qarşılaşmanı türkiyəli referi Halis Özkahya idarə edib.

Legia - Qarabağ görüşü də elə bu arenada keçiriləcək. Avropa Liqasında pley-off mərhələsi də bir oyundan ibarət olacaq. Bu səbəbdən, oktyabrın 1-də təşkil olunacaq qarşılaşmanın qalibi qrup mərhələsinə yüksələcək.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9599 səs