22/10/2020
10:00
1203
| A A A
Bu gün Qarabağ Maccabi ilə qarşılaşacaq

Azərbaycan çempionu Qarabağ bu gün Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.

Goal.az xəbər verir ki, İ qrupunda yer alan Ağdam təmsilçisi startda İsrail təmsilçisi Maccabi (Təl-Əviv) ilə münasibətlərinə aydınlıq gətirəcək.

Avropa Liqasında ardıcıl 6-cı, ümumilikdə avrokuboklarda 7-ci dəfə qrupda yarışacaq təmsilçimiz uğurlu başlanğıc etmək niyyətindədir.

Qrupun digər oyununda İspaniya Villarreal-ı ilə Türkiyənin Sivasspor klubu qarşılaşacaq.

Avropa Liqası

İ qrupu

23:00. Maccabi (Təl-Əviv) – Qarabağ

Baş hakim: Con Biton (Şotlandiya).

Təl-Əviv. “Blumfeld” stadionu.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21579 səs