22/10/2020
20:41
1949
| A A A
Qarabağ ilk ev oyununu keçirəcəyi stadionu açıqladı

Qarabağ UEFA Avropa Liqasının I qrupundakı ilk ev matçını keçiriləcəyi stadionu açıqlayıb.

Goal.az xəbər verir ki, İspaniya Vilarreal-ına qarşı ikinci turdakı oyun Türkiyədə gerçəkləşəcək.

Qarşılaşma oktyabrın 29-da İstanbul şəhərindəki Başakşehir Fatih Terim stadionunda olacaq.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən, Qarabağ ölkədəki vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirməlidir.

Ölkə çempionu ilk tur çərçivəsində bu gün Təl-Əvivdə İsrailin Maccabi komandasının qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21641 səs