29/10/2020
11:02
2096
| A A A
Qarabağ Villareal-ı qəbul edir

Bu gün Avropa Liqasında qrup mərhəlisinin 2-ci turunun oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Qarabağ da növbəti matçına çıxacaq. Qurban Qurbanovun komandası qrupun favoriti hesab olunan Villarreal-ı qəbul edəcək.

Bu, Ağdam təmsilçisinin qrupda ilk ev görüşü olacaq. Lakin İspaniya klubu ilə qarşılaşma Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən Azərbaycanda deyil, Türkiyədə olacaq.

Paralel keçiriləcək qrupun digər oyununda isə Sivassppor (Türkiyə) Maccabi-ni (İsrail) qəbul edəcək.

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

I qrupu

21:55. Qarabağ (Azərbaycan) – Villarreal (İspaniya)

Baş hakim: Pavel Orel (Çexiya)

İstanbul. “Başakşəhər Fatih Terim” stadionu

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21515 səs