29/10/2020
23:55
1642
| A A A
Qarabağ Villareal-a məğlub oldu

Avropa Liqasında qrup mərhəlisinin 2-ci turunun oyunları keçirilib.

Goal.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən Qarabağ da növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası qrupun favoriti hesab olunan Villarreal-ı İstanbulda qəbul edib. Oyun İspaniya klubunun qələbəsi ilə başa çatıb - 3:1.

Paralel keçiriləcək qrupun digər oyununda isə Sivasspor (Türkiyə) Maccabi-ni (İsrail) qəbul edib. Bu oyunda da qonaqlar qalib gəlib - 2:1.

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur

I qrupu

21:55. Qarabağ (Azərbaycan) – Villarreal (İspaniya) - 1:3

Qollar: Ovusu Kvabena, 78 (1:0), Yeremi Pino, 80 (1:1), Pako Alkaser, 85 (1:2), 90+6-pen. (1:3)

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21639 səs