26/02/2021
12:25
3008
| A A A
Avropa Liqasında həftənin ən yaxşısına namizədlər bilindi

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Goal.az xəbər verir ki, namizədlər arasında Tottenham-dən Dele Alli, Arsenal-dan Pyer-Emerik Obameyanq, Rangers-dən Alfredo Morelos və Molde-dən Andreas Linde yer alıb.

Alli evdə Wolfsberg-ə 4:0 hesabı ilə məğlub etdikləri görüşdə 1 qol və 2 qolun ötürməsi ilə yadda qalıb. Obameyanq Benfica-ya 3:2 qalib gəldikləri maçda dubl edib. Morelos Antverpen-i 5:2 hesabı ilə darmadağın etdikləri qarşılaşmada fərqlənib. Qapıçı Linde isə Almaniyada Hoffenheim-ı 2:0 yendikləri oyunda 9 qurtarışla yadda qalıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13775 səs