Qarabağ-la oyunda azarkeş məhdudiyyəti
Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Olympiacos cərimələnib.
Goal.az xəbər verir ki, UEFA Pirey təmsilçisini Avroliqanın II turunun Freiburg-la ev oyununda azarkeşlərinin priotexniki vasitələr istifadə etməsi səbəbindən cəzalandırıb.
Olympiacos 58 min avro məbləğində cərimələnib. Bununla yanaşı, komanda növbəti ev oyununda şimal tribunasına azarkeş buraxmayacaq.
Qarabağ Olympiacos-a qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.