04/10/2022
18:30
7552
| A A A
Olympiacos - Qarabağ oyunu bir dəqiqəlik sükutla başlayacaq

Yunanıstanda Olympiacos və Qarabağ komandaları arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin III tur oyunu bir dəqiqəlik sükutla başlayacaq.

Goal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Avropa futbol qurumunun qərarına əsasən, qarşılaşmada Arema və Persebaya komandaları arasında İndoneziya çempionatının XI tur matçından sonra dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Bu, həmçinin Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlar arasında dünya çempionatının pley-off oyunlarına da şamil ediləcək.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək Olympiacos - Qarabağ görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI