14/09/2021
15:51
2412
| A A A
Qarabağ - Basel: hakimlər bilindi

Konfrans Liqasının qrup mərhələsinin 1-ci turunda keçiriləcək Qarabağ - Basel oyunu üçün hakim təyinatları açıqlanıb.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Belçika Futbol Federiyasından Erik Lambrexts idarə edəcək. Ona Rien Vanyzere və Jo de Veirdt köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda sentyabrın 16-ı keçiriləcək görüş saat 20:45-də başlayacaq.