25/11/2021
23:46
1778
| A A A
Qarabağ qələbəni əldən verdi

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Goal.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan təmsilçisi Qarabağ Bakıda Kiprin Omonia komandasını qəbul edib. Dörd qolun qeydə alındığı matç bərabərliklə yekunlaşıb. Qrupun digər matçında İsveçrənin Basel komandası səfərdə Kayrat-ın (Qazaxıstan) qonağı olub və qalib gəlib.

Qarabağ ötən turdan pley-offa vəsiqəni təmin edib. Qrup liderinin kimliyinə isə son turda baş tutacaq Basel – Qarabağ matçı aydınlıq gətirəcək.

Konfrans Liqası, qrup mərhələsi, 5-ci tur

H qrupu

Qarabağ – Omonia (Kipr) 2:2

Qol: P.Psaltis, 49-öz qapısına. P.Andrade, 88 – M.Duriş, 43-pen. X.Qomes, 90.

Qırmızı vərəqə: Kiko, 65.

Baş hakim: Morten Krox (Danimarka)