Avropa Konfrans Liqasında 2021/22 mövsümünün rəmzi komandası açıqlanıb.
Goal.az xəbər verir ki, ən yaxşı 11 futbolçu arasında finalçılar – İtaliya Roma-sından 4, Niderland Feyenoord-undan isə 5 oyunçu yer alıb.
Digər 2 oyunçu isə Marseille və Leicester City-ni təmsil edir.
Qapıçı: Rui Patrisio (Roma);
Müdafiəçilər: Lutsarel Gertruyda, Gernot Traunder (hər ikisi Feyenoord), Kris Smollinq (Roma);
Yarımmüdafiəçilər: Tirell Malasiya, Luis Sinisterra (hər ikisi Feyenoord), Dmitri Payet (Marseille), Kirnan Düsberri-Holl (Leicester City), Lorentso Pelleqrini (Roma);
Hücumçular: Siril Dessers (Feyenoord), Temmi Abraham (Roma).
Roma-nın yarımmüdafiəçisi Lorentso Pelleqrini isə turnirin ən yaxşı futbolçusu seçilib.
Xatırladaq ki, Konfrans Liqasının qalibi finalda Feyenoord-a 1:0 hesabı ilə qalib gələn Roma olub.