23/06/2022
18:35
1264
| A A A
Konfrans Liqası: Neftçi-nin Aris-lə oyunlarının başlama saatı açıqlanıb

Neftçi-nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Kiprin Aris klubuna qarşı keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.

Goal.az xəbər verir ki, "ağ-qaralar"ın ilk matçı iyulun 21-də səfərdə olacaq. "AEK Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

İyulun 28-də "Bakcell Arena"da təşkil olunacaq cavab qarşılaşması isə saat 21:00-da başlanacaq. (report)