16/06/2019
10:24
3685
| A A A
Lovren İtaliya nəhənglərinin hədəfində

Milan-ın heyətinə qatmaq istədiyi Liverpool-un futbolçusu Deyan Lovren daha bir A Seriyası təmsilçisinin maraq dairəsindədir.

Goal.az xəbər verir ki, Napoli xorvatiyalı futbolçunun xidmətində maraqlıdır. Neapol təmsilçisinin yaxın zamanda Lovren üçün hərəkətə keçəcəyi gözlənilir.

Mersisayd təmsilçisi ilə iki illik müqaviləsi qalan 29 yaşlı müdafiəçinin Milan-ın təklifinə müsbət yanaşdığı, amma illik 4,5 milyon avroluq məvacib tələb etdiyi bildirilir.

Liverpool-un Lovren üçün 28 milyon avro tələb etdiyi deyilir.

2014-cü ildən “qırmızılar”ın şərəfini qoruyan Lovren, son mövsümdə iştirak etdiyi 18 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22201 səs